Nazirlik 351500 manat cərimə tətbiq etdi
05 dekabr 2013 11:46 (UTC +04:00)

Nazirlik 351500 manat cərimə tətbiq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 16-30 noyabrda Azərbaycanda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 47 müddətli məcburi göstəriş verilib.

 

Ümumilikdə, 51 iş üzrə 351500 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 30401.68 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 145 iş üzrə 17830.46 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına 34, məhkəmələrə isə 2 iş göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar