Rusiyanın Həştərxan şəhərində Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası öz işinə başlayıb. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. İclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edir.
Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev başçılıq edir.
Sessiyanın gündəliyinə ənənəvi xarakter daşıyan bir neçə məsələ qoyulub. İclasda Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunur.
Sessiyada müzakirəsi nəzərdə tutulan əsas məsələlərdən biri də Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Sazişin razılaşdırılması və Xəzər dənizinin Su Bioresursları Komissiyasının statusunun təsisatlararası səviyyədən yüksəldilərək hökumətlərarası status səviyyəsinə çatdırılmasında razılığın əldə edilməsidir.

Nazirlər Xəzərin su bioresurslarından danışırlar
Oxşar yazılar

Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 avqust 2025 , 13:14
Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu
16 avqust 2025 , 11:47
Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA
16 avqust 2025 , 10:27
Avqustun 16-da heç kimin dayandıra bilməyəcəyi 3 BÜRC: Xoş xəbərlər gələcək və...
16 avqust 2025 , 09:09