Nazirlər Kabinetinin yeni şöbə müdiri <span style="color:red;">Lent.az -a danışdı
22 aprel 2014 15:39 (UTC +04:00)

Nazirlər Kabinetinin yeni şöbə müdiri Lent.az-a danışdı

Nazirlər Kabinetində yeni yarıdılan sosial məsələlər şöbəsinin kurasiya edəcəyi dövlət qurumlarının adı bəlli olub. NK-nın yeni şöbə müdiri Musa Ələkbərov Lent.az-a açıqlamasında bildirib ki, yeni yaradılmış şöbə Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və Diasporla İş üzrə Dövlət Komitəsini kurasiya edəcək: “Sosial sahə həssas bir sahədir. Sosial məsələlərlə bağlı şübhəsiz ki, təkliflərimiz olacaq. Nəzərə almaq lazımdır ki, şöbə də təzə yaranıb, mən də bu şöbəyə təzə təyin olunmuşam. Yəni, gələcəkdə əhalinin güzəranının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik”.

 

Vətəndaşlar tərəfindən son vaxtlar səhiyyə sahəsi ilə bağlı müəyyən narazılıqlara gəlincə, şöbə müdiri bildirib ki, gələcəkdə Nazirlər Kabinetində sosial məsələlər şöbəsi tərəfindən vətəndaşlar qəbul ediləcək: “Ümumiyyətlə, kurasiya edəcəyimiz bütün sahələrə diqqət ayıracağıq”.

 

M. Ələkbərov icbari tibbi sığorta haqqında qanunun tətbiqi məsələsinə də toxunub: “Bununla bağlı şöbənin də təklifləri olacaq. Yəni bu istiqamətdə də işlər həyata keçirilir”.

 

Qeyd edək ki, yeni yaradılmış şöbəyə rəhbərlik edən Musa Ələkbərov Azərbaycan Tibb Universitetinin professorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850

Oxşar yazılar