Nazirlər Kabineti vahid məktəbli geyim formalarının təsvirlərini təsdiq edəcək
0
0
"Vahid məktəbli geyim formalarının təsvirləri müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev medianümayəndələri üçün keçirilən təlimdə deyib.
Yuxarıda qeyd olunan məsələnin "Ümumi təhsil haqqında" Qanunda əksini tapdığını vurğulayan nazir müavini qeyd edib ki, 4-5 vahid məktəbli geyimlərinin formaları Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək və təhsil müəssisələri yalnız bu geyimlərdən istifadə edə biləcəklər: "Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır".
0
0