Nazir vətəndaşlarla görüşəcək
09 may 2013 18:11 (UTC +04:00)

Nazir vətəndaşlarla görüşəcək

 

Kənd təsərrüfatı naziri İsmət Abasov mayın 17-də Ucar rayonunda vətəndaşlarla görüşəcək. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazir Ucar rayonunda Ucar, Zərdab, Göyçay, Ağdaş, Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək. Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar