Ümumi təhsil müəssisələrinin müəllimləri arasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan şahmat yarışı keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev birgə qərar veriblər.
Şahmat yarışı üç mərhələdə keçiriləcək. I mərhələ – ümumi təhsil müəssisələrində martın 10-dək; II mərhələ – şəhər və rayonlarda aprelin 10-dək; III mərhələ – respublika üzrə Bakı şəhərində aprel ayının son ongünlüyündə baş tutacaq.
Bununla bağlı nazirliyin və Həmkarlar Komitəsinin müvafiq qurumlarına tapşırıq verilib.