Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov orta məktəblərin internetlə təminatı məsələsinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu gün orta məktəblərin 30-35 %-i internet şəbəkəsinə birləşdirilib. Nazirin sözlərinə görə, məktəblərdə internetin sürəti yüksək olmasa da, orta səviyyədədir: “Bu da əsasən şəhər yerlərindədir. Təhsil Nazirliyinin gələcək inkişafa, elektron təhsilə olan tələbləri var. Həmin tələbləri yerinə yetirmək üçün orta məktəbləri genişzolaqlı internetə birləşdirmək lazımdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyinin birgə proqramı həyata keçiriləcək. Gələn ildən Dövlət Neft Fondu ilə həyata keçirilməsi planlaşdırılan geniş zolaqlı optik şəbəkə internet layihəsi çərçivəsində orta məktəblərin genişzolaqlı internetə birləşdirilməsi əsas məsələlərdən biri olacaq”.
Nazir qeyd edib ki, artıq gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçirilməyə başlanacaq: “Artıq bununla bağlı Dövlət Neft Fondu ilə işlərimizi bitirmişik. Bu layihə bir çox beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Eyni zamanda inkişaf etməkdə olan ölkələr üçün bu layihə etalon olaraq qəbul olunacaq”.

Nazir orta məktəblərin internetlə təminatına aydınlıq gətirdi
Oxşar yazılar

Vanqanın PROQNOZU: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
22 avqust 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
21 avqust 2025 , 20:43
Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32