Nazir bütün əlilləri komissiyadan keçirəcək
07 dekabr 2013 10:45 (UTC +04:00)

Nazir bütün əlilləri komissiyadan keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən qovduğu komissiya sədrlərindən danışıb.  Lent.az-ın “ANS”-ə istinadən verdiyi məlumata görə, nazir vurğulayıb ki, onlar hamısı dərhal işdən azad olunmaları haqqında ərizə yazaraq öz ərizələri əsasında işdən azad olunublar: “Onların vəzifələrinin icrası həmin tibbi sosial ekspert komissiyalarının digər üzvlərinə həvalə edilib. Yaxın vaxtlarda xüsusi komissiyalar yaradacağıq".


S. Müslümov onu da vurğulayıb ki, 4 ya 5 komissiya yaradılması nəzərdə tutulub. Bu komissiyalar bütün 2-ci və 3-cü qrup əlillərin hamısını zonalarda əyani müayinədən keçirməklə yoxlayacaq: "Onun nəticələri əsasında yəqin ki, digər qərarlar qəbul ediləcək”. 

Nazir bölgədə indiyə qədər müxtəlif sosial problemlər üzrə müraciəti qəbul edilməyən 17000-ə yaxın insanın ərizələrinin yenidən araşdırılacağını deyib. Hətta işində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərar da qəbul ediləcək. Fəaliyyətində cinayət tərkibi olan faktlar isə hüquq mühafizə orqanlarına göndəriləcək. Nazir deyib ki, bu həm də işdən çıxardığı 15 komissiya sədrinə də aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139
avatar

Oxşar yazılar