Nazir: "Heç kəsə bir manat da güzəşt etməyin"
25 may 2014 12:21 (UTC +04:00)

Nazir: "Heç kəsə bir manat da güzəşt etməyin"

Ucarda bir qrup sahibkara yeni texnika verilib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucardakı bazasında Almaniya, Hollandiya və Belçikadan gətirilmiş 147 texnikanın təqdimatı olub. APA TV-nin məlumatına görə, respublikanın 25 rayonundan  olan sahibkarların iştirak etdikləri tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib. Fermer və sahibkarlarla görüşən nazir Heydər Əsədov bildirib ki, taxıl biçini mövsümü yaxınlaşdıqca kənd təsərrüfatı məhsulları istehsalçıları dünya standartlarına uygun yeni texnikalarla təmin olunacaq. Onun sözlərinə görə, ən müasir texnikalar artıq fermer və sahibkarların ixtiyarındadır. Nazir çıxışı zamanı sahibkarlara ciddi xəbərdalıq da edib.

 

“Şəxsən mən özüm, hər bir sahə ilə maraqlanacağam. Ən xırda nöqasana yol verənlər ciddi şəkildə cəzalanacaqlar. Verilən texnikalarla görülən bütün işlərin hesabatı aparılacaq. “Aqrolizinq”ə daxil olan vəsait kütləvi surətdə artmalıdır ki, biz yeni texnikaların sifarişini verə bilək. Hektara görə, əkin və biçin qiymətləri müəyyən olunub. Heç kimə bir manat belə güzəşt etməyin”.

 

Tədbirdə texnikaların göstəriciləri və istismar qaydalarını mənimsəyən, kursları bitirən mexanizatorlara sertifikartlar verilib.  Nazir onu da qeyd edib ki, yaxın zamanlarda çəltik yiğımı və çay plantasiyaları üçün ixtisaslaşdırılmış texnikaların gətirilməsi nəzərdə tutulub.

 

Tədbirin sonunda bir qrub  sahibkara kombaynların açarları təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar