Nazir: <b>“...əsas məqsəddir”</b>
04 mart 2014 11:30 (UTC +04:00)

Nazir: “...əsas məqsəddir”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz arasında tanışlıq görüşü olub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə S.Müslümov iki ölkənin müxtəlif sahələrdə daim genişlənən  əməkdaşlığının əmək və sosial müdafiə sahəsini də əhatə etməsinin önəmli ola biləcəyini vurğulayıb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu qeyd edən S. Müslümov bildirib ki, son 10 il ərzində ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb.

 

S. Müslümov  bildirib ki, əmək bazarının daim nəzarətdə saxlanılması, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və vətəndaşların məşğulluq imkanlarının artırılması, dövlət sosial yardım sistemində ünvanlılığın və şəffaflığın təmin olunması, sosial xidmətlərin cəmiyyətin müvafiq ehtiyaclarına uyğun təşkili aparılan islahatların əsas məqsədidir.

 

Nazir xüsusən əlilliyin müəyyən olunması, əlillər üçün səmərəli bərpa-müalicə və sosial reabilitasiya xidmətlərinin təşkili, əmək potensialının keyfiyyətcə yüksəldilməsi və digər sahələrdə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.

 

R. Harpaz ölkələrimiz arasında davamlı dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, iki ölkənin əməkdaşlıq əlaqələrinin daim inkişaf etdirilməsinə səy göstərdiyini, qarşıdakı dövrdə Azərbaycanla İsrail arasında əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib.

 

Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, bu istiqamətdə atılacaq addımlar müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar