Naxçıvana 4 milyon manat ayrıldı
14 mart 2014 18:42 (UTC +04:00)

Naxçıvana 4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamla “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvanın Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar