2014-cü ilin əvvəlində Respublika Narkoloji Mərkəzinin rəsmi saytı istifadəyə veriləcək. Bunu APA TV-yə mərkəzin direktoru Telman Məmmədhəsənov bildirib. Onun sözlərinə görə, saytda stasionar, amblator, eyni zamanda anonim kabinetlərdə müalicənin təşkili, hansı qaydalarda aparılması və müraciət formaları barədə məlumatlar yerləşdiriləcək. Bundan başqa, mərkəzin həkim personalı ilə veb-görüntüylə təmas qurmaq mümkün olacaq, müraciıt edənlərin sualları cavablandırılacaq.
Mərkəz direktorunun sözlərinə görə, sayt artıq hazırdır. Müəyyən tamamlanma işləri aparılır. Eronim.az saytı səhiyyə sektorunda virtual və informasiya ilə zəngin olan yeganə veb-portal olacaq.