
Müxtəlif dilləri olan iki qonşu kənddən REPORTAJ
Quba rayonu Azərbaycanın etnik baxımdan zəngin rayonlarından biridir. Müxtəlif xalqların nümayəndələri illərdir bu rayonda dostluq və qardaşlıq şəraitində yaşayır. Necə ki, rayonun Əlik və Cek kəndinin sakinləri kimi.
Bu dildə yalnız Əlik kəndinin sakinləri danışır. Kənd rayon mərkəzdən 35 km aralıda, dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşir.
Cek kəndinin də özünəməxsus adət-ənənələri və dili mövcuddur. Sakinlərin sözlərinə görə, insanların bu ərazilərdə məskunlaşmasının qədim tarixi var. Bu alban dövrünə təsadüf edir. Hər iki kəndin sakinlərini ümumi ortaq cəhətlər birləşdirsə də, dilləri ayrıdır.
Bu kəndləri əhatə edən dağlıq bölgələrdə böyük əraziləri əhatə edən qədim qəbiristanlılar mövcuddur. Bu kəndlərin əhalisi dini etiqadlarına görə müsəlmandır.
Qubada ümumilikdə 20-yə yaxın müxtəlif xalqların nümayəndələri yaşayır.
Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26