“Mütəmadi olaraq solyariyə girmək məsləhət deyil”. Lent.az-ın məlumatına görə, bunu Milli Onkologiya Mərkəzinin həkimi Elçin Mansurov bildirib. Onun sözlərinə görə, bunun nəticəsində insanların bədənində şişlər və digər xəstəliklər əmələ gələ bilər: “Solyari dəriyə elə bir təsir göstərir ki, dəri bəzən orqanizmin neyrohumoral nəzarətindən çıxır. Bu da gec-tez onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur”
Həkim onu da bildirib ki, solyariyə bir-iki dəfə girməklə belə problem yaranmaz: “Yalnız mütəmadi olaraq solyaridə dərisini qaraldan insanlar üçün qeyd edilən təhlükə var”.
E. Mansurov onu da vurğulayıb ki, insanlar dərilərində hansısa patoloji dəyişikliklər hiss etsələr, dərhal mütəxəssislərə müraciət etməlidirlər.