Müstəqillik Günündə hava isti olacaq
17 oktyabr 2013 12:49 (UTC +04:00)

Müstəqillik Günündə hava isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 18-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi  məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək Havanın temperaturu gecə 14-17 dərəcə,  gündüz 20-28  dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 18-də hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb  küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Aran rayonlarında gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə , dağlarda gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132
avatar

Oxşar yazılar