Musiqi Akademiyasında 31 mart soyqırımına həsr olunmuş mərasim keçirilib
30 mart 2018 19:30 (UTC +04:00)

Musiqi Akademiyasında 31 mart soyqırımına həsr olunmuş mərasim keçirilib

 
Martın 29-da Bakı Musiqi Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə  həsr olunmuş anım mərasimi keçirilib.
 
 
Lent.az-ın məlumatına görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
 
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncama əsasən, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə  müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə silsilə tədbirlərin təşkil olunduğunu vurğulayıb. Nazir müavini tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bldirib.
 
Anım tədbirində soyqırımı gününə  həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub, incəsənət nümayəndələri, beynəlxalq müsabiqə laureatları, tələbələr tərəfindən Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar