Müsabiqənin növbəti mərhələsi başa çatdı
16 aprel 2019 11:01 (UTC +04:00)

Müsabiqənin növbəti mərhələsi başa çatdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb. Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
 
Verilən məlumata görə, müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.
 
Müsabiqənin aprelin 29-da keçiriləcək final mərhələsinə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Müsabiqənin III mərhələsində 30 test sualı  və 2 məsələ ilə yanaşı, komandalar 1 təcrübə işi də yerinə yetirəcəklər. Müsabiqənin nəticələrinə görə, ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaqlar.
 
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.
 
Müsabiqə IX, X, XI sinif şagirdləri arasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar