Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış veriləcək
11 dekabr 2013 11:37 (UTC +04:00)

Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış veriləcək

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” həmçinin,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” prezidentin 2004-cü il 10 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda müəyyən olunub ki,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun “qeydiyyat orqanı” dedikdə Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur.


Bundan başqa, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış veriləcək.

Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303

Oxşar yazılar