Müdafiə nazirinin birinci müavini cəbhə bölgəsindədir
06 yanvar 2014 10:11 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini cəbhə bölgəsindədir

 

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.


Səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığının, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532
avatar

Oxşar yazılar