Müdafiə naziri şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə görüşüb
15 mart 2017 18:39 (UTC +04:00)

Müdafiə naziri şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə görüşüb

 

Martın 15-də Müdafiə naziri Zakir Həsənov birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan Müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.
Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.


Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.

# 163
avatar

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57