Müdafiə naziri, general-polkovnik Zakir Həsənov xatirə yazısı olan saatını cəbhə xəttində xidmət edən əsgərlərdən birinə hədiyyə edib. Lent.az-ın məlumatına görə, bu barədə telejurnalist Rahib Qərib öz “facebook” səhifəsində məlumat verib.
Məlumatda o da qeyd olunub ki, bu hadisə əsgərin sevincinə səbəb olub:
“Nazirin xatirə yazısı olan qiymətli saat bağışladığı əsgər elə sevinc və fəxrlə qolundakı o saatı bizə göstərdi ki, pafoslu olsa da deyəcəyəm, ətrafa işıq saçırdı... Səngərlərdə işıq yoxdur, bağlı istehkamları işıqlandıran əsgərlərimiz, bəzən də o yerlər haqda səslənən qaranlıq fikirlər var. Qaranlıq qalanları işıqlandırmaq üçün hər kəs özünü sözün əsil mənasında düşmən çəpəri olan oğullarla bir cəbhədə hiss etməlidir”.