“Seçki kampaniyası zamanı telekanalların necə işləyəcəyi onların daxili işidir. Milli Televiziya və Radio Şurası (MTRŞ) buna qarışmır”. Bunu Lent.az-a açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, MTRŞ öz fəaliyyətini ”Teleradio yayımı haqqında” qanuna uyğun qurur: “Telekanallarda seçki kampaniyaları Seçki Məcəlləsi əsasında həyata keçirilir. Seçki Məcəlləsinə ümumi nəzarət isə Mərkəzi Seçki Komissiyasına aiddir”.
Şura sədri deyib ki, seçkiqabağı regionlarda yeni telekanalların açılması gözlənilmir: “Biz maraqlıyıq ki, bütün regionlarda televiziya kanalları olsun. Amma bunun üçün maddi-texniki baza, kadr potensialı, reklam bazarı yetərincə olmalıdır. Bu baxımdan biz açdığımız telekanalların gözəl gələcəyi görünmür”.