Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
İclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” Qanunun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.