MN-nin şöbə rəisi: "Ermənilər əsgərlərinin cəsədlərini sürüyə-sürüyə aparırdılar"
"Aprel döyüşlərində Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasının bir daha şahidi olduq".
APA xəbər ki, bunu “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfransda çıxış edən Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov deyib.
O bildirib ki, erməni hərbçilər Aprel döyüşlərində həlak olan erməni əsgərlərinin cəsədlərini təhvil alanda, onları sürüyə-sürüyə aparırdılar:
“Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgərlər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda cəsədləri qarşı tərəfdən alarkən hərbi təzim edib, çiyin bərabərində qaldırıb, sıra addımı ilə maşına qədər apardılar. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, bizim şəhidimizə verdiyimiz qiymət idi".
R.Dəmirov deyib ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır: "ATƏT-in Minsk Qrupu həmsədrləri uzun illər danışıqlar aparsa da, nəticəsi yoxdur. Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar yaradır. Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki Azərbaycan Ordusu istər silah, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir".
966