Misir Mərdanov yeni qurum yaratdı
04 fevral 2014 16:16 (UTC +04:00)

Misir Mərdanov yeni qurum yaratdı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyasının tərkibi müəyyənləşdirilib. Bu barədə Lent.az-a qurumdan məlumat verilib.

Komissiya üzvləri ilə tanış olan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bildirib ki, attestasiya elmi işçilərin tutduqları vəzifələrə uyğun araşdırma məqsədi ilə peşəkar fəaliyyətin qiymətləndirilməsi əsasında aparılır. Diqqətə çatdırılıb ki, attestasiya elmi işçilərin tədris və yaradıcılıq imkanlarının səmərəli istifadəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, kadrların seçilməsinin, hazırlanmasının və yerləşdirilməsinin optimallaşdırılmasına, elmi işçilərin mənəvi və maddi maraqlarının yüksəldilməsinə xidmət edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları” Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 nömrəli qərarı ilə təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2380

Oxşar yazılar