AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
Seminarı giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açıb.
Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Ziyadxan Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə ilə çıxış edib. O, mövzu üzrə əldə etdiyi yenilikləri həmkarları ilə bölüşüb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. M. Mərdanov qeyd edib ki, ənənəvi seminarların keçirilməsi Azərbaycanda riyaziyyat elminin inkişafına dəstək məqsədi daşıyır, seminarda gənc alimlərin iştirakına geniş yer verilməlidir.