Miqren, baş ağrılarından dərmansız qurtulmaq olar?
Baş ağrıları və miqren tutmalarından xilas olmaq üçün ilk ağlımıza gələn təbii ki, ağrıkəsicilərdir. Tez-tez qəbul edilən dərmanlar isə ağrını kəssə də, bir çox yan təsirləri ilə əlavə problemlərə yol açır. Dərmanların qəbulu çox zaman onlara qarşı alışqanlıq da yaradır.
Bu ağrılardan dərmanlarsız qurtulmaq mümkündürmü?
Bir çox, eləcə də iltihabi xəstəliklərin müalicəsində əvəzolunmaz təbii vasitə sayılan zəncəfilin baş ağrısı və miqrenə qarşı da təsirinin olduğu bildirilir. Zəncəfil çayı bu ağrıları səngidə bilir.
Banan qabığı və buz
Miqren ağrısı zamanı alına buz və banan qabığı kompresi qoymaq da təsirli vasitə hesab olunur. Buzu banan qabığına sarıyıb tutmalar zamanı gündə 2-4 dəfə, hərəsində 15-20 dəqiqə olmaqla, alına və boyuna qoyun. Banan qabığında olan potasiumun və buzun ağrı hissini aradan qaldırmaq xüsusiyyəti var.
Nanə (nanəcövhər) yağı da stressi azaltmaq, ona bağlı ortaya çıxan baş ağrısı, miqreni aradan qaldırmaq üçün ən yaxşı təbii vasitələrdən sayılır. Nanə yağını, miqren, baş ağrıları zamanı alına, boyuna çəkməklə xeyli yüngülləşmək olar.
860