Minlərlə insan  37 Milli Qəhrəmanı anmaq üçün bir araya gəldi - REPORTAJ
22 avqust 2013 17:39 (UTC +04:00)

Minlərlə insan 37 Milli Qəhrəmanı anmaq üçün bir araya gəldi - REPORTAJ

Bu dəfə hər şey fərqli idi...

 

Ötən şənbə ayrı bir gün oldu mənim üçün...

Hələ cümə günü Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin qardaşı, Qarabağ qazısı Ruzigar Əliyev zəng edib - iyul və avqust aylarında dünyaya gəlmiş 37 Milli Qəhrəmanımızın anım konsertinə dəvət edəndə təəccüb qarışıq sevinmişdim. Elə bu sevinclə də,  APA TV-nin rəhbərliyinə “Müharibə adamı” verilişinin növbəti çəkilişini bu tədbirə həsr etməyi təklif etdik, sağ olsunlar, təklifi bəyənib dəstəklədilər. Səhəri gün, bu barədə Lent.azın baş direktoru Qabil Abbasoğluna dedim. Cavabı qısa oldu:

- Mütləq oradan bir reportaj elə!

***

Avqustun 17-də Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi tərəfindən iyul və avqust aylarında dünyaya gəlmiş 37 Azərbaycanın Milli Qəhrəmanının anım konserti keçirildi. Konsert Nizami rayonundakı “Heydər parkı”nda açıq havada rayon sakinlərinin iştirakı ilə təşkil edildi. Bizlər belə konsertlərin müxtəlif günlərdə, müxtəlif adlarla keçirliməsinin çox şahidi olmuşuq, amma bu dəfə hər şey fərqli idi.

Azərbaycanda ilk dəfədir ki, açıq havada, geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə 37 Milli Qəhrəmanın adına belə bir tədbir keçirilirdi...

Tamaşaçılar arasında insanların tədbirlə bağlı fikirlərini öyrənirik. İlk həmsöhbətimiz ı Milli Qəhrəman Vahid Həbibulla oğlu Quliyev oldu. Qarabağ müharibəsini sağ qalan az saylı qəhrəmanlarımızdandır Vahid...

 

Tanıtım:

Vahid Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanır. Ağdam istiqamətində gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirir, bir müddət sonra onu Qubadlıya göndərirlər. 1994-cü ildə yenidən Ağdam bölgəsinə yollanır. V.Quliyev xidmətə başladığı gündən atəşkəs elan olunana qədər, düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Ali Hərbi Məktəbində baş müəllim işləyib. 2002-ci ildə ordudan tərxis olunub.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Quliyev Vahid Həbibulla oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

 

Həmsöhbətimiz bu kimi tədbirlərin gənclər arasında hərbi vətənpərvərlik ruhunun qaldırılmasına böyük kömək olacağını dedi: “Hələ də torpaqlarımız düşmən tapdağı altındadır, bizə psixoloji və fiziki baxımdan güclü əsgər, güclü ordu lazımdır. Belə tədbirlər gənclərin hərbi vətənpərvərlik ruhunu qaldıracaq, onların vətənə torpağa sevgisini artıracaq. Bu gün Azərbaycanın çox güclü ordusu var, biz bu orduyala işğal altındakı torpaqlarımızı azad etməyə qadirik! Qoy xalqımız əmin olsun ki, şərait yetişən kimi, Azərbaycan ordusu öz sözünü deyəcək!”

***

Konsertə qatılanlar arasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Məmmədov Aqil Səməd oğlunun qardaşı Elşən Məmmədov da var idi.

 

Tanıtım:

Məmmədov Aqil Səməd oğlu 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb. Qarabağ müharibəsi başlayanda Qubadlı rayonu özünümüdafiə taboruna qoşulub. "Qaranquş" kəşfiyyat dəstəsinin igid döyüşçüsü kimi tanınıb. 1992-ci ilin iyun ayında girov götürdüyü erməni zabiti ilə əsir düşmüş əsgərimizi dəyişdirib. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən amansız döyüşdə ağır yaralanır. Çoxlu qan itirdiyindən Aqilin həyatını xilas etmək mümkün olmur və o, qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Məmmədov Aqil Səməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

 

Elşən Məmmədov adətən belə tədbirlərin konfrans zallarında, şadlıq saraylarında, özü də bir, ya da iki qəhrəmanla bağlı keçirildiyini xatırlatdı və bu gün geniş ictimaiyyətin iştirakı ilə belə bir tədbirin keçirilməsinin çox müsbət bir hadisə olduğunu söylədi. Belə təbirlərin tez-tez təşkil olunmasını arzuladı.

***

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Qarabağ qazısı Füzuli Rzaquliyev də konsertə qatılanlar sırasında idi. O, son zamanlar gənclərin hərbi vətənpərvərlik hisslərinin aşağı düşməsindən, əhali arasında torpaqlarımızın azad edilməsi ilə bağlı təbliğatın zəif getməsindən gileyləndi.

Jurnalistlərdən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, müstəqil jurnalist Rəşad Sahil də bizimlə söhbətində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirdilər və bunun tez-tez keçirilməsini arzuladılar.

Təşkilatçıların təklifi ilə tədbir bu sətirlərin müəllifi tərəfindən açıldı və iyul, avqust aylarında dünyaya gəlmiş Azərbaycanın 37 Milli Qəhrəmanının adının çəkilməsi ilə başladı. Teleaparıcı İlhamə Nazimqızı ilk sözü hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlıya verdi. Ş.Əlizamanlının ifası ilə meydan coşdu. Onun ardınca  Mübariz Tağıyev, Elza Seyidcahan, Bağban Kərimbəyli, Nura Suri, Səidə Sultan, müxtəlif qruplar və gənc ifaçılar da konsertdə çıxış etdilər.

 

Bu da səbəbkarların siyahısı...

 

Kərimov Kərim Məhəmməd oğlu 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. 1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 saylı Fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

 

Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub.

29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlar uğrunda gedən döyüşdə yaralanmış, bir gün sonra-30 aprel 1992-ci ildə o dünyasını dəyişib.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Samir Zülfüqarov  3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. 1995-ci il, 17 mart hadisələrində iştirak edib. Və əməliyyat zamanı həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1992-ci il 29 mart ermənilər Kosalar kəndinə yenidən hücum etdilər saatlarla davam edən döyüşdə həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Rafiq Alıcanov 11 iyul, 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. 5 noyabr, 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə komandir kimi iştirak edir və qəhrəmancasına həlak olur.  “

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1993-cü il avqustun23-də "Talış-Muğan Respublikası" yaratmaq iddiası ilə çıxış edənlərə qarşı mübarizə zamanı həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Arif Qədiməliyev 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. O,  1995-ci il, 17 mart hadisələri  zamanı həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.

1992-ci il 11 oktyabrında Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir və qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

Əsəd Cəlal oğlu Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub.

 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Ocaqverdiyev Sərxan Surxay oğlu

16 iyul 1967-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dünyaya gəlib.

O, 5 may 1992-ci ildə Talış kəndi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

 

İsgəndərov Əlabbas Qara oğlu 25 iyul 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olub. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Məhərrəmov Asif (Fred Asif) Yusif oğlu 6 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. O, 1 iyul 1994-cü ildə vəfat edib.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Yusifov Roman Yasəf oğlu

28 iyul 1973-cü il Şabran rayonunda anadan olub. 1995-ci il, 17 mart hadisələri zamanı həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə ölümündən sonra o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Hüseynov Sadıq Dayandur oğlu 29 iyul 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulub.

13 aprel 1992-ci ildə Şuşada həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Aqil Məmmədov Səməd oğlu 1969-cu il 30 iyulda Qubadlı rayonunda anadan olub.

1992-ci il avqustun 6-da Laçın rayonunun Sussuzdağ uğrunda gedən döyüşdə həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 1993-cü il fərmanı ilə ölümündən sonra ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

 

Musayev Fəxrəddin Musa oğlu 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olub.

1992-ci il, 11 apreldə Füzuli rayonunda həlak olub.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub.

1993-cü il, iyulun 22-də Ağdam uğrunda gedən döyüşdə həlak olub.

Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə ölümündən sonra o, "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Əliyev Ehtiram İsrayıl oğlu 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olub. 1995-ci il, 17 mart hadisələrində iştirak edib.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub.

26 fevral, 1992-ci ildə Xocalı şəhərində həlak olub.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Ağayev Fərhad İslam oğlu 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olub.

1995-ci il 15 martında Ağstafa rayonunda həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə olümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülüb.

 

Həsənov Məhəmməd Ələsgər oğlu 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. Goranboy istiqamətində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə  o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Məmmədov Əli Hüseyn oğlu 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb.

1 oktyabr 1992-ci il Laçın rayonunda həlak olub.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu 1958-ci il 12 avqust Qərbi Azərbaycanın Gorus şəhərində anadan olub.

1993-1994 cü illərdə Beyləqan, Füzuli və Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Quliyev Emin Ələkbər oğlu 12 avqust, 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olub.

1995-ci il, 17 mart hadisələri zamanı  həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülüb.

 

Səfərov Sərdar Mədəd oğlu 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub.

1991-ci il, 25 sentyabrda Xankəndi yaxınlığında həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Atakişiyev Aslan Qabil oğlu 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub

1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub.

Azərbaycan Respubliksası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Aznaurov İsgəndər Söhrab oğlu (milliyətcə Ahısqa türkü) 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlib.

18 aprel 1993-cü ildə Gədəbəydə həlak olub.

Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Rüstəmov Hidayət Eldar oğlu19 avqust 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur.

23 dekabr 1991-ci il Meşəli kəndində həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Xəlilov Eldar Xəlil oğlu 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olub.

1995-ci il, 17 mart hadisələri zamanı  həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Mehdiyev Fazil Umud oğlu 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub.

1991-ci il sentyabrın 24-ə Ağdam rayonunda həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Nəcəfov Yunis İsa oğluna 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur.

24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Əliyev Əmiraslan Rza oğlu 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olub.

1995-ci il, 17 mart hadisələri zamanı  həlak olub.

Azərbaycan Resrublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə ölümündən sonra ona "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilib.

 

Əliyev Rövşən Nəriman oğlu 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulub.

 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə həlak olub.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Mustafayev Çingiz Fuad oğlu 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Babayev Əjdər Xalıqverdi oğlu 1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olub.

1995-ci il, 17 mart hadisələri zamanı  həlak olub.

Azərbaycan Respubliksaı prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə ölümündən sonra o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açıb.

15 may 1992-ci il Şuşa rayonunun Zarıslı kəndində uğrunda gedən döyüşdə həlak olub.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Nuriyev Elnur Eyvaz oğlu 22 avqust 1975-ci ildə Zəngilan rayonunda dünyaya göz açıb.

1994-cü il 4-5 oktyabrda Gəncə hadisələri zamanı həlak olub.

Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1787
avatar

Rey Kərimoğlu

Oxşar yazılar