Millət vəkili Qənirə Paşayevanın və İstanbulda mərkəzi ofisi yerləşən, bu ölkədə təhsil alan tələbə və gəncləri birləşdirən AZEDER təşkilatının təşəbbüsü, təşkilatçılığı ilə Türkiyəli gənc fəallardan ibarət 30 nəfərlik qrup Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” ziyarət ediblər. Lent.az-ın məlumatına görə, qardaş ölkə gəncliyinin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib. Qarabağın yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının ortaq problemi olduğu qeyd edilib.