Millət vəkili Qənirə Paşayeva Malatya İnönü Üniversitetinin rektorü Cemil Çelik və Universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, Cemil Çelik qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.