Millət vəkili internatlarda yaşayan uşaqların mənzillə təminatından danışdı
30 may 2014 15:05 (UTC +04:00)

Millət vəkili internatlarda yaşayan uşaqların mənzillə təminatından danışdı

Parlamentin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva valideyn himayəsindən məhrum olan və 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi məsələsini qaldırıb. Lent.az-ın xəbərinə görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara təbriklərini çatdıran Q.Paşayeva uşaq evlərində təxminən 500-dən artıq bu cür uşağın olduğunu bildirib: “18 yaşlı uşaqların hələ də uşaq evlərində yaşamağa davam etməsi problemdir. Biz o uşaqların gələcəyi ilə bağlı daha çox düşünməli və onların yaşayış yeri ilə təmin olunması məsələsinin öz həllini tapması üçün qanunvericilik istiqamətində addımlar atmalıyıq. Bunun üçün ölkəmizin lazımi imkanları da var”.

Q.Paşayeva bu məqsədlə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna müəyyən əlavə və dəyişikliklərin edilməsi və ya “Mənzil məcəlləsinə” müəyyən dəyişiklərlə bu problemin qanunvericilik çərçivəsində köklü həllini tapmasının vacibliyini qeyd edib: “Hər iki valideyn himayəsindən məhrum olunmuş 2 gənc ailə həyatı qurduqda onların dövlət tərəfindən mənzillə təmin olunması məsələsi öz həllini taparsa, bu, çox müsbət addım olardı. Çünki belə gənclər ailə dəstəyindən məhrumdurlar və onlar üçün mənzil problemini həll etmək daha da ağırdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar