Oktyabrın 3-də təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaitkus və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə ikitərəfli görüşlər keçirib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ikitərəfli əlaqələrin genişləndirilməsi, ali təhsil müəssisələri arasındakı münasibətlərin inkişafı və tələbə mübadiləsi məsələləri müzakirə edilib.