Mikayıl Cabbarov odun pulundan danışdı
04 dekabr 2013 12:38 (UTC +04:00)

Mikayıl Cabbarov odun pulundan danışdı

“Bakı məktəblərində istilik sistemi ilə təchizatı istiqamətində müvafiq hazırlıq işləri görülüb. Bir sıra məktəblərdə bu işlər başa çatdırılsa da, digərlərində hələ də davam etdirilir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov məktəblərin qış mövsümünə hazırlığı məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkənin digər bölgələrdə məktəblərin istiliklə təchizatı məsələsi yerli icra hakimiyyət orqanları tərəfində həyata keçirilir və keçirilməlidir.

 

M.Cabbarov qeyd edib ki, bu da Azərbaycan təhsil sisteminin maliyyələşdirilməsi xüsusiyyətlərindən irəli gəlir. M. Cabbarov bəzi region məktəblərində odun pulunun yığılması ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, əgər regionlardakı məktəblərdə şagirdlərdən odun pulu məqsədilə hansısa vəsait yığılırsa, bununla bağlı Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar