Təhsil naziri Mikayıl Cabbarovun Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinləri üçün qəbulu başlayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır və nəzarətə götürülür.