Mikayıl Cabbarov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
02 iyul 2013 10:17 (UTC +04:00)

Mikayıl Cabbarov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Təhsil nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Dünya Bankının İnsan İnkişafı üzrə Cənubi Qafqaz ölkələrində sektor əlaqələndiricisi Meskerem Mulatu və Dünya Bankının Azərbaycandakı nümayəndəsi Larisa Leşenko iştirak edib.

 

Görüş zamanı Dünya Bankı tərəfindən Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar