Mikayıl Cabbarov: “Bağçalarla bağlı məsələ Təhsil Nazirliyini narahat edir”
04 dekabr 2013 14:39 (UTC +04:00)

Mikayıl Cabbarov: “Bağçalarla bağlı məsələ Təhsil Nazirliyini narahat edir”

 

“Təhsilin ən aktual sualı odur ki, biz kimi, hansı peşənin sahiblərini hazırlamalıyıq ki, sabah onlar əmək bazarında öz yerlərini tutsunlar”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü zamanı çıxışında bildirib. Nazir bildirib ki, son bir il ərzində Qərbi Avropada keçirilən təhlillərə əsasən, ən çox tələb olunan peşə sosial şəbəkələrlə əlaqə üzrə menecer olub: “Bizim əsas götürdüyümüz istiqamətlərdən biri təhsildə indiyə kimi istifadə etmədiyimiz çeviklikdir”.

Təhsil naziri daha sonra vurğulayıb ki, məktəbəqədər hazırlığın (bağçaların) səviyyəsi də strategiyada öz əksini tapıb. “Təhsilin bütün pillələri arasında məktəbəqədər hazırlıq daha böyük əhəmiyyətə malikdir. Çünki bu yaşda olan uşaqların əldə etdiyi düşüncə tərzləri onların gələcək həyatlarını müəyyənləşdirir”.

M. Cabbarovun sözlərinə görə, bu gün Azərbaycanda məktəbə qədər təhsili əhatə faizi çox aşağıdır: “Bu, bizi çox narahat edir. Şagirdlərin məktəbəqədər təhsilə cəlb edilməsi 20 % faiz civarındadır. Məktəbəqədər hazırlıq prosesində uşaqlara hesab və yazı öyrətməliyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051

Oxşar yazılar