Mətbuat Şurasında “Sarı gəlin” kitabının təqdimatı keçirilib
12 noyabr 2014 17:18 (UTC +04:00)

Mətbuat Şurasında “Sarı gəlin” kitabının təqdimatı keçirilib

 

Bu gün Mətbuat Şurasının (MŞ) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Qafqaz Universitetinin professoru Minəxanım Təkləli Nuriyevanın “Sarı gəlin” kitabının təqdimat mərasimi keçirilib.

 

Şuradan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasını zənginləşdirən sənət nümunələrinin yaşadılması son dərəcə mühüm addımdır və istər media, istərsə də ictimaiyyət bu vəzifənin icrasına böyük yer verməlidir: “Təqdimatı keçirilən nəşr hamımızın yaxından tanıdığı, professor Minəxanım Nuriyevanın çoxillik elmi axtarışlarının nəticəsidir. Müəllif öz işinə son dərəcə məsuliyyətlə yanaşaraq xalq mahnılarımızdan ibarət toplu formalaşdırıb. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir”.

 

“Kaspi” Şirkətlər Qrupunun rəhbəri, “Kaspi” qəzetinin təsisiçisi Sona Vəliyeva təqdimatı keçirilən kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə edib.

 

Daha sonra digər qonaqlar çıxış edib və mövcud sahədəki neqativ halların aradan qaldırılması üçün orijinal mətnlərin toplandığı “Sarı gəlin” kitabının geniş yayılmasının vacibliyini diqqətə çatdırıblar.

 

Sonda çıxış edən Minəxanım Təkləli Nuriyevə yaradıcılığına verdikləri dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Oxşar yazılar