Azərbaycanda bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.