Məleykə Abbaszadə şimal bölgəsinin sakinləri ilə görüşəcək
04 mart 2014 12:56 (UTC +04:00)

Məleykə Abbaszadə şimal bölgəsinin sakinləri ilə görüşəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Qusar şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Qusar şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul martın 12-də, saat 11:00-da Qusar şəhəri Heydər Əliyev Mərkəzində  keçiriləcək. 


Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri ( http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Quba regional bölməsinə (Ünvan: Quba şəhəri, Fətəli xan küç., 8) müraciət etmələri (əlaqə tel.: (023) 335-56-72) xahiş olunur. Bundan əlavə, vətəndaşlar Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon Təhsil Şöbələrində 04–11 mart tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula yazıla bilərlər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar