Direktor Təhsil Nazirliyini məhkəməyə verdi
03 fevral 2015 10:31 (UTC +04:00)

Direktor Təhsil Nazirliyini məhkəməyə verdi

Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminli Təhsil Nazirliyini məhkəməyə verib. Lent.az-ın Report-a istinadən məlumatına görə, sabiq direktor Nəsimi rayon Məhkəməsinə müraciət edərək nazirliyin onun işdən çıxarılması ilə bağlı verdiyi əmrin ləğv edilməsini xahiş edib. Nəsimi rayon Məhkəməsi müraciəti təmin etməyib. İşə Bakı Apelyasiya və Azərbaycan Ali Məhkəməsində baxılıb. Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qəbul etdiyi aktı ləğv edib.

 

Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru Tovuz Eminli vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Təhsil Nazirliyinin 03.06.2013-cü il tarixli 11/491 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar