Məhkəmədə NİDA-çıların üzləşmə-ifadəsi açıqlanacaq
09 dekabr 2013 14:56 (UTC +04:00)

Məhkəmədə NİDA-çıların üzləşmə-ifadəsi açıqlanacaq

Sabah, dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində  NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvünə qarşı açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək. Hakim Cavid Qurbanovun sədrlik edəcəyi proses saat 10:30-da başlayacaq.

 

Prosesdə təqsirləndirilən şəxslərin ilkin istintaq zamanı verdikləri ifadələr elan olunacaq.

Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyevin istintaqa verdiyi ifadənin bir qismi elan olunub. Sabahkı proses də B.Quliyevin ifadəsinin oxunması ilə davam etdiriləcək. B.Quliyevin istintaq dövründə Rəşad Həsənovla üzləşdirilməsi zamanı verdiyi ifadə prosesdə elan ediləcək.

 

Qeyd edək ki, bu ilin martında Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

 

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar