Həbsxanalarda 211 cinayət törədilib
30 iyul 2014 16:00 (UTC +04:00)

Həbsxanalarda 211 cinayət törədilib

Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarım ili ərzində 211 müxtəlif cinayətlərin üstü açılıb. Bu müddət ərzində Penitensiar müəssisələrdə keçirilən əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu rəqəmlər bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına dair keçirilən müşavirənin hesabat məruzəsində deyilib.

 

Müşavirədə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələrin əldə edildiyini deyib.

 

 
Həmçinin, müşavirədə hesabat dövrü ərzində Penitensiar xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 əməkdaşın isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunub. Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər. 
 

Müşavirəyə yekun vuran M. Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

 

 

 


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar