Mayda əmək qanunvericiliyi 1857 dəfə pozulub
04 iyun 2014 11:03 (UTC +04:00)

Mayda əmək qanunvericiliyi 1857 dəfə pozulub

“May ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1 857 fakt aşkar edilib”. Bunu Lent.az-a açıqlamasında nazirliyin şöbə müdiri Elman Babayev bildirib.

 

O qeyd edib ki, aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq aidiyyatı işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. “Tətbiq olunmuş cərimələr üzrə son bir ay ərzində dövlət büdcəsinə ödənilən məbləğ müqayisə olunan dövrə nisbətən 95 dəfədən də çox artaraq 148 124 manat təşkil edib”.

 

E. Babayev onu da vurğulayıb ki, dövlət nəzarətinin gücləndirilməsi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar