“May ayında Kliniki Tibbi Mərkəzə 10 ilan vurma faktı ilə əlaqədar müraciətlər olub”. Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Şöbə müdirinin sözlərinə görə, həmin şəxslər müxtəlif rayonlardan müraciət ediblər: “İlan vurma ilə bağlı Qəbələ, İmişli, Kürdəmir, Beyləqan və Şamaxı rayonlarından müraciətlər olunub”.