APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son illər respublikamızda, o cümlədən Masallıda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, prezident İlham Əliyevin bölgələrdə əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıdan söz açıb.
Bildirilib ki, Masallı şəhəri daxil olmaqla rayonun 61 yaşayış məntəqəsinə təbii qazın verilişi yekunlaşıb. Hazırda daha iki kəndə mavi yanacağın verilişi istiqamətində işlər davam etdirilir.
Tədbirdə kənd ağsaqqalları, ziyalılar və ictimaiyyətin nümayəndələri çıxış edərək onların sosial problemlərinin həllində göstərilən diqqətə görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, 28 abonenti olan Dəlləkli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 2835 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 28 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.