Masallıda Qənirə Paşayevanın oxucularla görüşü keçirilib
20 iyul 2018 09:05 (UTC +04:00)

Masallıda Qənirə Paşayevanın oxucularla görüşü keçirilib

Regionl Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilaatçılığı ilə Masallı şəhərində, qəsəbə və kəndlərində millət vəkili Qənirə Paşayevanın oxuyucularla görüşü və kitablarının imzalanma mərasimi olub. Lent.az xəbər verir ki, təşkilatın rəhbəri Arzu Bağırova kitabı təbliğ edən bu cür görüşləri davamlı təşkil edəcəklərini və Millət vəkili Q.Paşayevanın kitablarının tədbirdə iştirak edən bütün oxuyucular üçün imzalı hədiyyə ediləcəyini bildirib. Millət vəkili Q.Paşayeva ilk növbədə çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib:"Bu kitablarda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler, məqalələr yer alır. Məqsədim maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxuyucuların bir az da olsa xoşuna gəlsə, çox məmnun olaram. Kitablarıma böyük diqqətiniz üçün təşəkkür edirəm".

 

Q.Paşayeva oxuyucuları maraqlandıran sualları da cavablandırıb və qızları yaxşı oxumağa, ali təhsil və ya peşə təhsil almağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar