Mahir Şükürov yalan danışır?
06 dekabr 2013 19:00 (UTC +04:00)

Mahir Şükürov yalan danışır?

ARDNŞ: “Futbolçulara benzin pulu ayırmırıq ”

 

“Azərbaycan Dövlət Neft Şirkəti futbolçulara benzinə görə pul ayırmır. AFFA-ya pul ayrılır. AFFA tərəfindən həmin vəsait necə bölüşdürülür, bu məsələyə qarışmırıq”. Bunu Lent.az-a açıqlamasında ARDNŞ-ın mətbuat katibi Nizaməddin Quliyev bildirib.

 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum millinin heç bir oyunçusuna benzin pulu vermir.

 

“Neftçi” futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə də AFFA rəsmisinin fikrini təsdiqləyib. “Yalnız əcnəbi oyunçulara maşın ayrılır. Amma onlar da benzin pulu verilmir ” - deyə, G. Abbaszadə əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan Millisinin və "Neftçi" futbol klubunun futbolçusu Mahir Şükürov Futbol+a açıqlamasında bildirib ki, benzinin qiymətinin artmasının onun üçün heç bir fərqi yoxdur: “İstəyirlər qiyməti lap 1 manata qaldırsınlar. Onsuz da biz yanacaq pulumuzu SOCAR-dan alırıq". 

# 1808

Oxşar yazılar