Magistraturaya ixtisas seçimi başa çatır
04 iyun 2014 10:24 (UTC +04:00)

Magistraturaya ixtisas seçimi başa çatır

Ali məktəblərin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı bu gün başa çatır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Seçim vaxtı bu gün saat 23:59-da bitəcək.

2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər. 

Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar