Magistraturaya qəbul imtahanının ilk mərhələsində iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahana gəlməyib, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. Bu barədə Lent.az-a TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.
Qeyd edək ki, martın 2-də keçirilmiş imtahanın nəticələri bu gün açıqlanıb. Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın rəsmi internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.
Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola biləcək.