Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində tikilən körpünün yanaşma yollarında aşınma qatının vurulması başa çatdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis ASC”-dən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarından həmin istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Qeyd edək yeni inşa olunan 3 aşırımlı körpünün uzunluğu 316 m, eni isə səkilər ilə birlikdə 14,5 m təşkil edir.